La Liqa: “Real” və “Real Sosyedad”dan darmadağın

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Xetafe” – “Vilyarreal” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Rayo Valyekano” – “Malyorka” matçında da qalib müəyyənləşməyib.

Səfərdə bu mövsümün sürpriz komandası “Jirona” ilə qarşılaşan Madrid “Real”ı bu rəqibini 3 cavabsız qolla məğlub edib. “Real Sosyedad” da Bilbao “Atletik”i ilə ev oyununda oxşar hesabla qələbə qazanıb.

8-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
8-ci tur
29 sentyabr

Barselona – Sevilya 1:0
Qol: S.Ramos, 76-öz qapısına.

30 sentyabr

Xetafe – Vilyarreal 0:0

Rayo Valyekano – Malyorka 2:2
Qollar: Qarsiya, 4. Falkao, 90+12-pen – Muriqi, 44. A.Sançes, 59.

Jirona – Real 0:3
Qollar: Xoselu, 17. Tçuameni, 21. Bellingem, 71.

Real Sosyedad – Atletik 3:0
Qollar: Le Normand, 30. Kubo, 48. Oyarzabal, 66.

1 oktyabr

16:00. Almeriya – Qranada
18:15. Alaves – Osasuna
23:00. Atletiko – Kadis
23:00. Betis – Valensiya

2 oktyabr

23:00. Las Palmas – Selta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: