Futbol üzrə İspaniya çempionatında (La Liqa) 3-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Jirona” öz meydanında “Selta”nı sınağa çəkib. Qonaqlar bu oyunda minimal üstünlüklə qalib gəliblər.
“Betis” isə doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Bu oyunun da taleyini bir qol həll edib. Amma digər matçdan fərqli burada meydan sahibləri sevinən tərəf olub.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya La Liqası
3-cü tur
26 avqust
Jirona – Selta 0:1
Qol: Aspas, 49.
Betis – Osasuna 1:0
Qol: B.İqlesias, 34.
27 avqust
19:30. Elçe – Real Sosyedad
21:30. Rayo Valyekano – Malyorka
00:00. Almeriya – Sevilya
28 avquqst
19:30. Xetafe – Vilyarreal
21:30. Barselona – Valyadolid
00:00. Espanyol – Real
29 avqust
22:00. Kadis – Atletik
00:00. Valensiya – Atletiko (Madrid)


