Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.
10-cu turun qapanış matçında “Valensiya” “Kadis”i qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Beləliklə, 10 turdan sonra 25 xala malik Madrid “Real”ı liderdir. “Jirona” da 25 xal toplamasına baxmayaraq, ikinci pillədə qərarlaşıb. Son çempion “Barselona” 24 xalla üçüncüdür. Madrid “Atletiko”sunun 22, “Real Sosyedad”ın 18, Bilbao “Atletik”inin 17, “Rayo Valyekano”nun 16, “Valensiya” və “Betis”in 14, “Osasuna”nın 13, “Xetafe” və “Las Palmas”ın 11, “Sevilya”, “Vilyarreal”, “Alaves” və “Kadis”in 9, “Malyorka”nın 8 xalı var. Son üç pillədə qərarlaşmış komandalara gəlincə, “Selta” və “Qranada” hələlik 6 xal toplaya bilib. Qələbəyə belə həsrət olan yeganə komanda – “Almeriya” isə 3 xalla sonuncudur.
İspaniya, La Liqa
10-cu tur
20 oktyabr
Osasuna – Qranada 2:0
Qollar: Budimir, 11; 59.
21 oktyabr
Real Sosyedad – Malyorka 1:0
Qol: B.Mendes, 64.
Xetafe – Betis 1:1
Qollar: Mayoral, 17 – Roka, 1.
Sevilya – Real 1:1
Qollar: Alaba, 74-öz qapısına – Karvaxal, 78.
Selta – Atletiko 0:3
Qollar: Qrizmann, 29-pen; 64; 70.
22 oktyabr
Las Palmas – Rayo Valyekano 0:1
Qol: Bebe, 90+1.
Jirona – Almeriya 5:2
Qollar: Martin, 37. Dovbik, 39; 43. Savio, 71. Stuani, 85 – Leo Baptistao, 2; 24.
Vilyarreal – Alaves 1:1
Qollar: Moreno, 65-pen – Samu, 48.
Barselona – Atletik 1:0
Qol: Qiu, 80.
23 oktyabr
Valensiya – Kadis 2:0
Qollar: Qaya, 4. Duro, 25.


