Lamin Yamal La Liqa tarixnin ən gənc qolçusuna çevrildi

“Barselona”nın mərakeşəsilli vingeri Lamin Yamal İspaniya çempionatları tarixində qol vurmuş ən gənc futbolçudur.

Arena.az məlumat verir ki, Yamal La Liqanın 9-cu turunun “Qranada” ilə səfər oyununda (2:2) birinci hissəyə əlavə edilmiş təzminat dəqiqəsində fərqlənib.

Beləliklə, 16 yaş 87 günlüyündə qol vurmuş Lamin Yamal La Liqanın ən gənc qolçusu kimi mütləq rekordunu müəyyənləşdirib. Buna qədərki rekord isə 2012-ci ilin avqustunda 16 yaş 98 günlüyündə “Malaqa” – “Selta” oyununda (1:0) qələbə qolunun müəllifi olmuş Fabris Olinqaya məxsus idi (16 yaş 98 gün).

Xatırladaq ki, buna qədər Yamal İspaniya yığmasının tarixinə də ən gənc qolçu kimi daxil olmuşdu. Yamal cari ilin sentyabrında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı oyunda (7:1) 16 yaş 57 günlüyündə fərqlənmişdi.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Cari mövsümdə Yamal “Barselona”nın heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı Yamalı 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: