“Lans”ın futbolçusunun məşq zamanı ayağı sındı

Liqa 1-də mübarizə aparan Fransanın “Lans” komandasının mərkəz müdafiəçisi Jonatan Qradinin məşq zamanı ayağı iki yerdən sınıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı fransalı futbolçu əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Onun dəqiq bərpa müddəti hələ bilinmir.

Xatırladaq ki, Jonatan Qradi 2019-cu ildən “Lans”da çıxış edir. Həmin vaxt klub bu futbolçunun transferi üçün 400 min avrosundan keçib.

Qradi cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 10 oyuna çıxıb. Fransalı futbolçu bu komandanın heyətində bütövlükdə 192 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qradi daha önə Fransanın “Tur”, “Kan” və “Bordo” klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: