“Barselona”nın prezidenti Joan Laporta beş ildən sonra Kataloniya nəhəngini necə bir surətdə gördüyündən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, Laportanın müvafiq xüsusda təsəvvürlərini diqqətinizə çatdırır:
“Stadion tikiləcək, biz memarlıq incisinə çevriləcək, dünyanın ən yaxşı stadionundan həzz alacağıq. Mən uğurlar, çoxlu idman uğurları görürəm. Biz həmişə qələbə üçün mübarizə aparırıq. Mən parlaq və bir çox insana sevinc bəxş edən möhtəşəm “Barselona” görürəm”, deyə Laporta bildirib.
Vurğulanır ki, Kataloniya nəhənginin prezidentinin bu çıxışından sonra ilk növbədə “Real” azarkeşçlərinin düşərgəsindən Laportanın xəyallarını məsxərə qoyan ismarışlar, şərhlər baş alıb gedir.


