“Barselona”nın prezidenti Joan Laporta onunla şəkil çəkdirmək istəyən “Mançester Yunayted” azarkeşi ilə axmaq zarafat edərək, onu ələ salıb.
Arena.az kefi kök Laportanın yeniyetmə azarkeşə dediyi sözləri təqdim edir:
“Lütfən, bu köynəyi apar tulla”, deyə Laporta əynində “qırmızı şeytanlar”ın futbol köynəyi olan azarkeşə gülərək eyham vurub.
Xatırladaq ki, “11v11” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, “Barselona” və “Mançester Yunayted” 15 dəfə qarşılaşıblar. Kataloniya klubu 6, mankunianlılar isə 4 qələbə qazanıblar. 5 oyun isə heç-heçə ilə başa çatıb. “Barselona” və “Mançester Yunayted” ən çox Çempionlar Liqası oyunlarında üzləşiblər – 10 dəfə. “Barselona”nın 5 qələbəsi mənzərəsində “Mançester Yunayted”in cəmi 1 qələbəsi var, 4 oyun isə sülhlə başa çatıb. Çempionlar Liqası çərçivəsində oyunlarda “blauqrana” İngiltərə nəhənginin qapısından 21 qol keçirib, öz qapısından isə 10 qol buraxıb.


