“Barselona”nın prezidenti Joan Laporta qarşıdakı mövsümlərdə Avropa Super Liqasının başlamasının mümkünlüyü haqda danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Laportanın bu barədə fikirlərini təqdim edir:
“Super Liqanın başlaması? Bu, 2024/2025 mövsümündə baş verməsə, onda 2025/2026 mövsümündə. İngilislərin turnirdə olmayacağı məni maraqlandırmır. Super Liqa klublara sadəcə turnirdə iştirak üçün 100 milyon təklif edir. Çempionlar Liqasını qazansalar belə, o qədər pul qazana bilməyəcəklər.
“Barsa”, “Real”, “İnter”, “Milan”, “Napoli”, “Roma”, Marsel “Olimpik”i, Niderlandın 3 komandası, “Brügge” və “Anderlext”. Bu, artıq 12 komandadır”, deyə Joan Laporta bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa Super Liqası layihəsinin – istənilən Avropa liqası klublarının iştirak edə biləcəyi yarışın yenidən təsis ediləcəyi açıqlanmışdı. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FIFA və UEFA-nın yarışların təşkilində inhisar hüququna malik olmadığı barədə qərar çıxarıb və bununla da Super Liqaya yaşıl işıq yandırıb.


