“Las Palmas” qəhvə ucbatından səfərə tam heyətlə uça bilmədi

İspaniyanın “Las Palmas” klubunun futbolçuları uçuşa gecikiblər və nəticədə təyyarə onlarsız havaya qalxıb.

Arena.az “Daily Star”a istinadən məlumat verir ki, komanda yola düşməzdən əvvəl qəhvə içmək qərarına gəlib və kollektiv hava limanında azıb.

Nəticədə təyinatı üzrə Sevilyaya uçan təyyarə göyərtəsində 15 nəfər olmadan uçuş edib.

Kanar adalarının Qran-Kanariya adasından olan komanda, coğrafi mövqeyi səbəbilə mütəmadi olaraq La Liqanın səfər oyunlarına təyyarə ilə uçur. Sentyabrın 17-nə nəzərdə tutlmuş, La Liqanın 5-ci turu çərçivəsində “Sevilya” ilə oyun da istisna deyil. Klub büdcəsinin məhdudluğu və vəsaitə qənət məqsədilə komanda tez-tez komersiya xətlərinin təyyarələrinə öncədən biletlər sifariş edir.

Hazırda “Las Palmas” İspaniya La Liqasının zirzəmisində – 18-ci pillədə yer alıb. Ada təmsilçisinin 4 oyundan sonra 2 xalı var.
“Sevilya” isə 3 oyun keçirib və hər üç oyunda məğlub olub.

Avropanın ikinci ən nəhəng turniri – Avropa Liqasının yeddiqat qalibi hazırda xalsızdır və La Liqanın sonuncu – 20-ci pilləsində küllənir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: