“Latsio” yeni yarımmüdafiəçi ilə gücləndi

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi “Verona”dan Mattia Zakkanyini heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi icarəyə götürülüb. O, 2022-ci ilin yayına qədər “Latsio”da çıxış edəcək.

Roma klubu mövsümün sonunda 15 milyon avro ödəməklə italyan futbolçunun transfer hüquqlarına sahib ola bilər.

Mattia Zakkanyi 2013-cü ildən “Verona”da çıxış edirdi. İtaliyalı futbolçu karyerası ərzində “Venesiya” və “Çittadella” klublarının da formasını geyinib. O, “Verona”da 146 matça çıxıb, 15 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: