Lautaro Martines “İnter”də qalır: “Xoşbəxtəm”

“İnter”in argentinalı mərkəz hücumçusu və kapitanı Lautaro Martines “neradzurri” ilə müqaviləsini yeniləməyə hazırdır.

Arena.az bu barədə “Sky Sport Italia”ya istinadən məlumat verir:

“Mən “İnter”lə müqaviləmi uzatmaq məsələsində açığam. Bu, klub rəhbərliyi ilə müzakirə ediləcək. Mən burada çox xoşbəxtəm.
Bəli, mən həqiqətən “İnter”lə yeni razılaşmanın imzalanmasında maraqlıyam”, deyə Martines vurğulayıb.

Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. Argentinalı hücumçu “neradzurri” ilə 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 2 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Geridə qalmış 2022/2023 mövsümündə Martines “İnter”in heyətində 57 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar ötürmə verib. Cari ilin yayında isə Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib və hücumçu yenicə başlamış mövsümdə 4 oyuna 5 qol, 2 məhsuldar ötürmə ilə diqqət çəkib.

Martinesin “İnter”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 50 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib. Hücumçu 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı Lautaro Martinesi 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: