İtaliyanın “İnter” klubu hücumçusu Lautaro Martines ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı futbolçu ilə müddəti 2026-cı ilin iyununa qədər olan yeni müqavilə imzalanıb. 24 yaşlı hücumçunun Milan təmsilçisi ilə əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.
Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan transfer olunub. O, bu müddət ərzində sözügedən komandanın heyətində 144 oyuna çıxıb, 54 qola imza atıb. Argentina millisinin də üzvü olan hücumçu, yığmada 33 oyun keçirib, 17 qol vurub.


