“Bayern”in alman yarımmüdafiəçisi Lennart Karl “İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi ilə müqayisə edilməsini cavablayıb.
Arena.az 17 yaşlı yeniyetmə futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Messi zirvədədir, məni isə uzun bir yol keçmək gözləyir. Messi mənim təqlid nümunəmdir. Özümü Messi ilə hələ müqayisə edə bilmərəm. Bu, nəsə tamamilə fərqli bir xüsusdur”, deyə Karl vurğulayıb.
Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 16 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Karl Almaniyanın U-15, U-16, U-17 yığmalarında forma geyinib, bu ildən isə U-21-ə cəlb edilir.
“Transfermarkt” internet-portalı 17 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


