Almaniyanın “Bayern” klubu yarımmüdafiəçisi Leon Qoretska ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.
Leon Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir. Almaniya milli komandasının da üzvü olan futbolçu, daha öncə “Şalke” və “Bohum”da forma geyinib. O, Almaniya yığmasında 38 oyun keçirib, 14 qol vurub. Yarımmüdafiəçi “Bayern”də də 118 matça çıxıb, 25 qola imza atıb.


