Leonardo: “Milan” hazırda içiboş və ruhsuzdur”

“Milan”ın braziliyalı keçmiş futbolçusu, skautu, məşqçisi və texniki direktoru Leonardo klub rəhbərliyinin səhvi haqda söhbət açıb.

Arena.az “Quotidiano Sportivo” dərgisinə istinadən məlumat verir ki, braziliyalı mütəxəssis 2023-cü ildə italyan mütəxəssis Paolo Maldininin “Milan”ın texniki direktoru vəzifəsindən kənarlaşdırılmasının rəhbərliyin ən böyük səhvi olduğu qənaətindədir:

“Maldini ilə bağlı necə bir səhv… “Milan”a paltardəyişmə otağında və onun hüdudlarından kənarda bu klubun böyük ruhu gərəkdir? Amma axı o ruh orada idi, onun adı Paolo Maldini idi, məşqçi qismində isə o, İtaliya çempionluğunu qazanmış və Çempionlar Liqasının yarımfinalına qədər gəlib çıxmışdı. Ardınca isə o aradan götürüldü, onunla birlikdə isə böyük şövq də. Bu gün hamı sezib ki, “Milan” içiboşdur, ruhsuzdur. Amma bu, mərhələlərdir, bunlar ötüb-keçəcək. Həmçinin ona görə ki, fikrimcə, klubda, səhv etdiklərini anlayıblar”, deyə Leonardo vurğulayıb.

Xatırladaq ki, Maldini 2018-ci ilin avqust ayında “Milan”ın inkişaf üzrə direktoru təyin edilmiş, bir il sonra isə texniki direktor vəzifəsinə təyinat almışdı. Maldini 2022-ci ilin “Golden Boy Awards” mərasimində “Ən yaxşı avropalı idarəçi” mükafatını qazanmışdı. 2023-cü ilin iyun ayında isə “Milan” rəhbərliyi Paolo Maldinini “rossoneri”nin texniki direktoru vəzifəsindən kənarlaşdırmışdı. O vaxtdan “Milan” nə qədər çalışıb-çapalasa da, yuvarlandığı ortabab səviyyədən qurtula bilmir.

29 oyundan 47 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 47-ci pilləsində qərarlaşıb. Hazırda “rossoneri” çempionatın ilk dördlüyünə düşmək uğrunda mübarizə aparır ki, növbəti mövsümün Çempionlar Liqasına vəsiqə əldə etsin. Amma bu, çox müşkül görünür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: