“Lester Siti”də ciddi itki – AÇ-ni də buraxacaq

İngiltərənin “Lester Siti” klubu ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Harvi Barns zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

İngiltərə yığmasının da formasını geyinən Barns zədə səbəbindən AÇ-2020-də iştirak edə bilməyəcək.

Barns bu mövsüm “Lester Siti”nin heyətində 35 oyuna çıxıb, 13 qola imza atıb.

Harvi Barns “Lester Siti”nin öz yetirməsidir. O, icarə əsasında “Milton Keyns Dons”, “Barnsli” və “Vest Bromviç”də də forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: