Levandovski Flikli “Barsa”nın əsas fəsadını açıqladı

“Barselona”nın polyak hücumçusu Robert Levandovski alman mütəxəssis Hansi Flikin rəhbərliyi ilə “Barselona”nın əsas fəsadını açıqlayıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, polyak futbolçunun bu barədə qənaətini təqdim edir:

“Madrid “Atletiko”su ilə oyunun (1:2) sonunda, biz sanki uduzmaqda olduğumuz və nəyin bahasına olursa olsun hesabı bərabərləşdirməyə qalxdığımız finaldayıqmış kimi oynayırdıq. Bəzən, qalib gələ bilmirsənsə, heç olmasa uduzmayacağına əmin olmalısan. Müvafiq məqam cari mövsümdə bizi bir neçə dəfə məyus edib”, deyə Levandovski narazılığını ifadə edib.

Xatırladaq ki, döşəkçilər səfərdə əzmkar qələbə qazanıblar, qələbə qolunu isə 90+6-cı dəqiqədə “blauqrana”nın qapısından keçiriblər.

“Atletiko” qələbə sayəsində İspaniya La Liqasının yarış cədvəlində liderliyini möhkəmləndirib. “Döşəkçilər”in 18 oyundan 41 xalı var. “Barselona” isə 19 oyundan 38 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: