“Leyptsiq” yenə məğlubiyyətə üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında son turlarda uğursuz çıxış edən “Leyptsiq” “Union Berlin”in qonağı olub. Qonaqlar bu oyunda da məğlubiyyətə üzülüblər. Bu, “Leyptsiq”in Bundesliqada ardıcıl üçüncü məğlubiyyətidir.

Turun mərkəzi görüşündə lider “Bayern” səfərdə ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

“Bayer” “Qroyter”i, Mönhenqladbax “Borussiya”sı isə “Frayburq”u sınağa çəkəcək.

Almaniya Bundesliqası
14-cü tur
3 dekabr

Union Berlin – Leyptsiq 2:1
Qol: Avoniyi, 6. Baumqartl, 57 – Nkunku, 13.

4 dekabr

18:30. Arminiya – Köln
18:30. Auqsburq – Bohum
18:30. Bayer – Qroyter
18:30. Maynts – Volfsburq
21:30. Borussiya (Dortmund) – Bayern

5 dekabr

18:30. Ştutqart – Herta
20:30. Borussiya (Mönhenqladbax) – Frayburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: