Liam Delap “Çelsi”də – 30 milyonluq transfer!

“İpsviç Taun”un 21 yaşlı ingilis hücumçusu Liam Delap bundan sonra Premyer Liqa nəhəngi “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.

London klubu bu keçidiyi 30 milyon funt-sterlinqə rəsmiləşdirib.

22 yaşlı hücumçu ilə müddəti 2031-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Liam Delap “Mançester Siti”nin yetirməsidir. İngilis hücumçu “şəhərlilər”in əsas komandasında meydana çıxdığı 6 oyunda 1 qol vurub. O, bu klubda olarkən icarə əsasında “Stok Siti”, “Hall Siti” və “Preston Nord End” klublarında da çıxıb edib.

“İpsviç Taun” Liam Delapı 2024-cü ilin iyul ayında “Mançester Siti”dən 17,85 milyon avroya transfer etmişdi. İngilis forvard bu komandanın heyətində 40 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Gənc hücumçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib. Delapa hələlik əsas yığmada debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: