İngiltərənin “Lids” komandasının baş məşqçisi Marselo Byelsa ilə istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
66 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
“Lids” son olaraq 27-ci turda “Tottenhem”ə 0:4 hesabı ilə uduzub. Komanda hazırda 23 xalla 16-cı pillədə qərarlaşıb.
Marselo Byelsa 2018-ci ilin iyunundan “Lids”ə rəhbərlik edirdi. Sözügedən komanda 2019/20 mövsümündə məhz Byelsanın rəhbərliyi altında 16 ildən sonra Premyer Liqaya vəsiqə qazanmışdı. İngiltərə təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 170 matça çıxıb, 80 qələbə qazanıb. 33 heç-heçə edən kollektiv 57 matçda da məğlubiyyətə üzülüb.


