Lion “Olimpik”i apellyasiya şikayəti verəcək

Lion “Olimpik”i Fransa Peşəkar Futbol Liqasının (LFP) qərarından əlaqədar orqana apellyasiya şikayəti vermək fikrindədir.

Arena.az xəbər verir ki, sözügedən klub Marsel “Olimpik”inin azarkeşlərinin Lion təmsilçisinin avtobusuna hücumuna dair intizam komissiyasının qərarı ilə razı deyil.

Bu barədə Lion klubunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, Fransa Peşəkar Futbol Liqası komandanın Marseldəki oyunu öncəsi Lion “Olimpik”inin avtobusuna azarkeşlərin hücumuna görə Marsel klubuna sanksiya tətbiq etməmək qərarına gəlib. Oyunun başlamasına az qalmış meydan sahiblərinin azarkeşləri qonaq klubun avtobusuna hücum çəkərək, nəqliyyat vasitəsini daş-qalaq ediblər. Hadisəyə görə oyun təxirə salınıb.

Lion klubunun baş məşqçisi Fabio Qrosso şüşə qırıqlarından ciddi xəsarət alıb. Qrossonun köməkçisi Raffaele Lonqonun da gözünə avtobusun sağ tərəfindəki pəncərə sındığı zaman şüşə qırıqları dəyib.

Lion “Olimpik”i intizam komissiyasının qərarı ilə kifayətlənməyib bundan şikayət etmək niyyəti ilə yanaşı vurğulayıb ki, idmana yaraşmayan bu hadisə bütün komanda və onun azarkeşləri üçün ciddi xoşagəlməz nəticələrə səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: