Lionel Messi bu gecə “İnter Mayami”də debüt edə bilər

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi qarşıdakı oyunda “İnter Mayami”nin heyətində debüt edə bilər.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Bakı vaxtı ilə iyulun 21-dən 22-nə keçən gecə “İnter Mayami” Liqalar Kuboku (Leagues Cup) çərçivəsində Meksikanın “Krus Asul” klubu ilə qarşılaşacaq.

Lionel Messinin bu görüşdə ilk dəfə “İnter Mayami”nin heyətində yaşıl meydana çıxacağı gözlənilir.

Argentinalı ulduzun oyuna ehtiyat oyunçular skamyasında başlayacağı və meydana oyunun gedişində, sonradan çıxacağı ehtimal edilir.

Messi keçən həftəsonu “İnter Mayami”nin oyunçusu kimi təqdim edilib və bu həftə idman formasını yığmaq üçün komanda ilə məşqlərdə iştirak edib.

Həmçinin Messinin “Barselona”dakı sabiq komanda yoldaşı Serxio Busketsin də “Krus Asul”a qarşı oyunda meydana çıxacağı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: