Bir neçə gün öncə heyətini argentinalı ulduz futbolçu Lionel Messi ilə gücləndirən “İnter Mayami” sosial şəbəkədə populyarlığını artırır.
Arena.az xəbər verir ki, sözügedən klub bütün idman növləri üzrə Amerika komandaları arasında sosial şəbəkə internet-abunəçilərinin sayına görə beşinci sıraya yüksəlib.
Hazırda abunəçilərinin sayına görə Amerika komandalarının beşliyi belədir:
- “Qolden Steyt Uorriorz” (NBA) – 30,6 milyon;
- “Los Anceles Leykers” (NBA) – 22,8 milyon;
- “Klivlend Kavalyers” (NBA) – 15,7 milyon;
- “Çikaqo Bullz” (NBA) – 9,7 milyon;
- “İnter Mayami” (MLS) – 8 milyon.
Beləliklə, Florida təmsilçisi “İnter Mayami” internetdə populyarlığına görə bütün beysbol və xokkey komandalarını, həmçinin NFL klublarını qabaqlayır.
Komandanın populyarlığının kəskin artması məhz argentinalı ulduz hücumçu Messinin keçidi ilə bağlıdır.
Xatırladaq ki, Lionel Messi mövsümün bitməsilə PSJ-ni azad agent qismində tərk edib və “İnter Mayami”yə keçib. Transfer iyunun 7-də elan edilib.


