Lionel Messi Mayamidə bazarlığa çıxdı – Foto

“İnter Mayami”nin yeni transferi Lionel Messi Mayamidə adi supermarketə alış-verişə yollanıb və diqqətcil azarkeşlər tərəfindən tanınıb.

Arena.az bu xəbər verir ki, argentinalı ulduz futbolçunun azarkeşlərlə çəkdirdiyi fotolar sosial şəbəkələrdə populyarlıq qazanmağa başlayıb.

Sakit surətdə alış-verişlə məşğul olan Messi bir çox alıcının fotosuna tuş gəlib. Bəziləri isə Messi ilə ortaq fotoşəkil çəkdirmək istəyi ilə ulduz futbolçuya müraciət ediblər. O, azarkeşlərin xahişini yerə salmayıb.

Xatırladaq ki, Lionel Messi son iki mövsümdə çıxış etdiyi PSJ-dən mövsümün bitməsilə azad agent qismində ayrılıb və MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: