Lionel Messi özünü “İnter Mayami”də belə aparırmış…

“İnter Mayami”nin 18 yaşlı ukrayanlı qapıçısı Dmitro Torubara “vağlar”ın 37 yaşlı argentinalı hücumçusu Lionel Messidən söhbət açıb.

Arena.az “ua.tribuna.com” saytına istinadən, ukraynalı qapıçının Messi ilə bağlı müşahidələrini təqdim edir:

“Messi, görünür, sizin də müsahibədən eşitdiyiniz kimi, hələ “Barselona”da ikən kifayət qədər qapalı olub. O, klubda qəlyanaltı və nahar etmir, şəxsi həkimi, fizioterapevti var, yəni o, komandadan azacıq ayrıdır. Amma məşqlər zamanı o, hamı ilə birlikdə tamamilə işləyir, ünsiyyət qurur. O, çox tərbiyəlidir. Bunu daha yaxşı necə təsvir edəcəyimi bilmirəm, amma elə bir hal olmur ki, o, salamlaşmasın və ya bu qəbildən nəsə.

Messi fotoşəkillərə kifayət qədər sakit yanaşır. Onun kiməsə imtina etdiyini heç vaxt görməmişəm. Onun ətrafında milyonlarla mühafizəçi qaçmır. Aydındır ki, onun yanında həmişə o ciddi cangüdən var, siz onu da yəqin görmüsünüz. O da kifayət qədər məşhurdur. Ondan, yəqin ki bütün klub qorxur (gülür). Ona baxırsan və düşünürsən ki: “yaxınlaşmağa dəyərmi yoxsa yox?”.

Messi təzəcə gəldikdə, klubda bizə dərhal dedilər: “Bura onun iş yeridir. Onun evinin altında, stadionda onsuz da çoxlu pərəstişkarlar gəzib-dolaşır, fürsət güdürlər, ona görə də biz, sizin də fotoşəkillərə xahiş etməyinizi istəməzdik”. Amma… bu, çətindir. Lionel Messi sənin ikicə metr yaxınlığında ikən, ondan fotoşəkil xahiş etməmək sadəcə mümkünsüzdür. Bu, daha necəsə, refleksdir. Mən, əlbəttə, nəzakətlə xahiş etmişdim, o isə razılaşmışdı”, deyə Torubara məmnunluqla vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: