Lionel Messi “Qızıl top”u amerikalı azarkeşlərinə təqdim etdi

“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi qazandığı sonuncu “Qızıl top”u MLS təmsilçisinin azarkeşlərinə təqdim edib.

Arena.az məlumat verir ki, bu gün, noyabrın 11-də Amerikanın “İnter Mayami” və “Nyu-York Siti” komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qarşılaşma “Nyu-York Siti”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyun ərəfəsində “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi oktyabrın sonunda aldığı 8-ci “Qızıl top”unu azarkeşlər qarşısına çıxararaq, təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: