Liqa 1: 2024-cü ilin sonuncu matçında PSJ qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 16-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda son çempion və lider PSJ əsas rəqiblərindən biri sayılan “Monako”nun qonağı olub. Altı qolun qeydə alındığı oyunda Paris təmsilçisi “knyazlıq” klubu üzərində inamlı qələbəyə sevinib.

Qeyd edək ki, bu, Liqa 1-də 2024-cü ilin sonuncu qarşılaşması olub. Belə ki, 16-cı turun qalan görüşləri 2025-ci ilin yanvar ayının 4-də və 5-də keçiriləcək.

Fransa, Liqa 1
16-cı tur
18 dekabr

Monako – PSJ 2:4
Qollar: Ben Seqir, 53. Embolo, 60 – Due, 24. Dembele, 64; 90+7. Q.Ramos, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: