Liqa 1: “Lill”dən “Nant”la heç-heçə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış qarşılaşmasında “Nant” doğma meydanda “Lill” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Hesabı ilk yarıda “Nant” açsa da, qonaqlar ikinci hissədə məğlubiyyətdən xilas ola biliblər.

Bundesliqada 2-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

Fransa, Liqa 1
2-ci tur
12 avqust

Nant – Lill 1:1
Qol: Simon, 28 – İsmaili, 76.

Xəbəri sosial şəbəkələrdə paylaş: