Futbol üzrə Fransa çempionatında (Liqa 1) 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Monpelye” ilə qarşılaşan Lion “Olimpik”i turu çətin qələbə ilə başa vurub. Marsel “Olimpik”i isə “Lans”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
Turun qalan qarşılaşmaları bazar günü keçiriləcək.
Fransa, Liqa 1
12-ci tur
21 oktyabr
Ayaçço – PSJ 0:3
Qol: Mbappe, 24; 83. Messi, 78.
22 oktyabr
Monpelye – Olimpik (Lion) 1:2
Qol: Vahi, 70 – Auar, 33. Lakazette, 90.
Olimpik (Marsel) – Lans 0:1
Qol: D.Kosta, 78.
23 oktyabr
15:00. Anje – Renn
17:00. Klermon – Brest
17:00. Reyms – Oser
17:00. Tuluza – Strasburq
17:00. Trua – Loryan
17:00. Nitsa – Nant
22:45. Lill – Monako


