Liqa 1: Lion “Olimpik”i uduzdu, “Monako” darmadağına sevindi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Trua” – “Reyms”, eləcə də “Oser” – “Brest” matçlarında qalib müəyyənləşməyib.

“Ayaçço” evdə “Klermon”a uduzubsa, “Tuluza” “Monpelye”ni, “Loryan” isə “Lill”i məğlub yola salb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” səfərdə “Monako” ilə qarşılaşıb və böyük hesabla məğlub olub. Lion “Olimpik”i isə “Lans”la səfər matçında xalsız qalıb.

Beləliklə, 9 turdan sonra 25 xala malik PSJ vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi 23 xalı olan Marsel “Olimpik”idir. “Loryan” 22 xalla 3-cü, “Lans” 21 xalla 4-cü, “Monako” 17 xalla 5-cidir.

Fransa, Liqa 1
9-cu tur
30 sentyabr

Anje – Olimpik (Marsel) 0:3
Qol: Klauss, 35. L.Suares, 50. Jerson, 59.

1 oktyabr

Strasburq – Renn 1:3
Qol: Diallo, 72-pen – Kalimuendo, 38. Terrye, 49. Quiri, 61.

PSJ – Nitsa 2:1
Qol: Messi, 29. Mbappe, 83 – Laborde, 47.

2 oktyabr

Loryan – Lill 2:1
Qol: Diakite, 9-öz qapısına. Le Bris, 87 – David, 78.

Ayaçço – Klermon 1:3
Qol: Avinel, 70 – Kyei, 11. Raşani, 89. Dossu, 90+1.

Oser – Brest 1:1
Qol: Nyanq, 86-pen – Slimani, 64.

Tuluza – Monpelye 4:2
Qol: Spirinqs, 18. Abuxlal, 24. Şaibi, 31. Dejaqer, 48 – Kotsa, 7. Vahi, 68.

Trua – Reyms 2:2
Qol: Odobert, 51. Poroso, 90 – Baloqun, 13. İto, 54.

Monako – Nant 4:1
Qol: Embolo, 2. Ben Yedder, 6; 28; 62 – Henrike, 79-öz qapısına.

Lans – Olimpik (Lion) 1:0
Qol: Sotoka, 82-pen.