Futbol üzrə Fransa çempionatında (Liqa 1) 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.
“Oser” – “Reyms” və “Loryan” – “Anje” matçlarında qapılara qol vurulmayıb. “Brest” – “Lans” görüşündə də qalib müəyyənləşməyib.
“Monako” səfərdə “Klermon”u, “Nant” isə “Ayaçço”nu 2 cavabsız qolla məğlub edib. “Strasburq” da “Monpelye”yə doğma meydanda oxşar hesabla qalib gəlib. Dörd qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Nitsa” matçında isə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 22 turdan sonra 54 xala malik PSJ vahid liderdir. Bu komandanın əsas izləyiciləri olan Marsel “Olimpik”i ilə “Lans”ın isə 46 xalı var. “Monako” 44 xalla 4-cü, “Renn” 40 xalla 5-ci, “Lill” 38 xalla 6-cı, “Loryan” 36 xalla 7-ci, “Nitsa” 34 xalla 8-ci, Lion “Olimpik”i 32 xalla 9-cudur.
Fransa, Liqa 1
22–ci tur
4 fevral
PSJ – Tuluza 2:1
Qol: Hakimi, 38. Messi, 58 – Van de Bomen, 20.
Trua – Olimpik (Lion) 1:3
Qol: R.Lopes, 62 – Barsola, 43. Çerki, 59. Lakazet, 90+2.
Renn – Lill 1:3
Qol: Quiri 1 – Jeqrova, 59. Kabelya, 85. A.Qomes, 90+3.
5 fevral
Klermon – Monako 0:2
Qol: Maripan, 3. Embolo, 13.
Ayaçço – Nant 0:2
Qol: Gessan, 64. Blas, 89.
Oser – Reyms 0:0
Loryan – Anje 0:0
Strasburq – Monpelye 2:0
Qol: Diallo, 1; 45.
Brest – Lans 1:1
Qol: Le Duaron, 54 – Qradit, 83.
Olimpik (Marsel) – Nitsa 1:3
Qol: Malinovski, 60 – Diop, 38. Laborde, 44. Brahimi, 85.


