Futbol üzrə Fransa çempionatında (Liqa 1) 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Strasburq” – “Klermon” matçında qapılara qol vurulmayıb. Səfərdə “Ayaçço” ilə qarşılaşan “Nitsa” minimal hesabla qalib gəlib. “Tuluza” da evdə “Reyms”i tək qolla üstələyib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” səfərdə “Loryan”a uduzub. “Anje” “Monpelye”ni, “Renn” “Oser”i, “Monako” da Lion “Olimpik”ini xalsız yola salıb.
Beləliklə, 7 turdan sonra 19 xala malik PSJ və Marsel “Olimpik”i şərikli liderdirlər. 17 xalı olan “Lans” üçüncü pillədə qərarlaşıb. “Loryan” 16 xalla dördüncüdür. Lion “Olimpik”i 13 xalla 5-cidirsə, bu komandanı 11 xalı olan “Renn” və “Monako” izləyir.
Fransa, Liqa 1
7-ci tur
9 sentyabr
Lans – Trua 1:0
Qol: Danso, 39.
10 sentyabr
PSJ – Brest 1:0
Qol: Neymar, 30.
Olimpik (Marsel) – Lill 2:1
Qol: A.Sançes, 26. Jiqo, 61 – İsmaili, 12.
11 sentyabr
Strasburq – Klermon 0:0
Ayaçço – Nitsa 0:1
Qol: Delor, 65.
Anje – Monpelye 2:1
Qol: Hunu, 9. Bufal, 69-pen – Nordin, 7.
Loryan – Nant 3:2
Qol: Uattara, 19. Katlin, 60. Kone, 74 – Qanaqo, 13. Simon, 85.
Tuluza – Reyms 1:0
Qol: Abuxlal, 31.
Renn – Oser 5:0
Qol: Sulemana, 3. Quiri, 60. Terye, 68. Tait, 78. Abline, 85.
Monako – Olimpik (Lion) 2:1
Qol: Badiaşile, 55. Maripan, 63 – Ekambi, 81.