Futbol üzrə Fransa çempionatında (Liqa 1) 18-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
“Brest” – “Lill” və “Nant” – “Olimpik” (Lion) matçlarında hesab açılmayıb. Dörd qolun qeydə alındığı “Loryan” – “Monako” və “Strasburq” – “Lans” görüşlərində də qalib müəyyənləşməyib.
“Nitsa” doğma meydanda “Monpelye”ni böyük hesabla məğlub edibsə, “Tuluza” səfərdə “Oser”ə 5 cavabsız qolla qalib gəlib. “Klermon” “Renn”lə ev oyunundan, “Reyms” də “Ayaçço” ilə səfər matçından 3 xalla ayrılıb. Marsel “Olimpik”i səfərdə “Trua” üzərində qələbəyə sevinib. Lider və son çempion PSJ də “Anje” ilə ev oyununda 2 cavabsız qolla qələbə qazanıb.
Beləliklə, 18 turdan sonra 47 xala malik PSJ vahid liderdir. “Lans” 41 xalla ikinci, Marsel “Olimpik”i 39 xalla üçüncüdür. “Renn” və “Monako”nun 34, “Loryan”ın 32, “Lill”in 31, Lion “Olimpik”inin 25 xalı var.
Fransa, Liqa 1
18-ci tur
11 yanvar
Ayaçço – Reyms 0:1
Qol: Munetsi, 3.
Oser – Tuluza 0:5
Qol: Şaibi, 4. Ruo, 33. Van den Bumen, 41. Abuxlal, 75. Dallinqa, 88.
Brest – Lill 0:0
Klermon – Renn 2:1
Qol: Kiey, 31. Qastyen, 90+4 – Kalimuendo, 74.
Nant – Olimpik (Lion) 0:0
Loryan – Monako 2:2
Qol: Uattara, 75. Moffi, 77 – Embolo, 61. Ben Yedder, 90+2.
Nitsa – Monpelye 6:1
Qol: Pepe, 15; 56. K.Turam, 35. Delor, 75. Barlki, 82; 85 Savanye, 80.
PSJ – Anje 2:0
Qol: Ekitike, 5. Messi, 72.
Strasburq – Lans 2:2
Qol: Prçiç, 13. Qameyro, 16 – Klod-Maurisie, 11. Openda, 33.
Trua – Olimpik (Marsel) 0:2
Qol: Mbemba, 10. Veretu, 46.


