Liqa 1: PSJ-dən əzmkar, Lion “Olimpik”indən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında son çempion və lider PSJ doğma meydanda “Tuluza” üzərində əzmkar qələbəyə sevinib. Dörd qolun qeydə alındığı “Trua” – “Olimpik” (Lion) və “Renn” – “Lill” matçlarında isə qonaqlar inamlı qələbəyə seviniblər.

Turun qalan qarşılaşmaları sabah – fevralın 5-də keçiriləcək.

Fransa, Liqa 1
22ci tur
4 fevral

PSJ – Tuluza 2:1
Qol: Hakimi, 38. Messi, 58 – Van de Bomen, 20.

Trua – Olimpik (Lion) 1:3
Qol: R.Lopes, 62 – Barsola, 43. Çerki, 59. Lakazet, 90+2.

Renn – Lill 1:3
Qol: Quiri 1 – Jeqrova, 59. Kabelya, 85. A.Qomes, 90+3.

5 fevral

16:00. Klermon – Monako
18:00. Ayaçço – Nant
18:00. Oser – Reyms
18:00. Loryan – Anje
18:00. Strasburq – Monpelye
20:05. Brest – Lans
23:45. Olimpik (Marsel) – Nitsa

Xəbəri paylaş:
Bizi izləyin: