Liqa 1: PSJ-dən “Ayaçço”ya 3 cavabsız qol

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Son çempion PSJ səfərdə “Ayaçço”nun qonağı olub. Paris təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
12-ci tur
21 oktyabr

Ayaçço – PSJ 0:3
Qol: Mbappe, 24; 83. Messi, 78.

22 oktyabr

19:00. Monpelye – Olimpik (Lion)
23:00. Olimpik (Marsel) – Lans

23 oktyabr

15:00. Anje – Renn
17:00. Klermon – Brest
17:00. Reyms – Oser
17:00. Tuluza – Strasburq
17:00. Trua – Loryan
17:00. Nitsa – Nant
22:45. Lill – Monako