Liqa 1: PSJ Lion “Olimpik”ini 3 qolla yendi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Monpelye” – “Nitsa” matçında qalib müəyyənləşməyib. “Havr” doğma meydanda “Strasburq”a 3 cavabsız qolla məğlub olub.

“Brest” “Nant”la ev oyununda darmadağına sevinib. “Renn” isə evdə “Anje”ni 2 cavabsız qolla məğlub edib.

Turun mərkəzi oyununda son çempion və lider PSJ evdə Lion “Olimpik”i ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Beləliklə, 15 turdan sonra 37 xal toplamış PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Monako” 30, “Lill” 27, Lion “Olimpik”i 25, “Nitsa” və “Lans” 24, “Oser” və “Tuluza” 21, “Reyms” 20 xal toplayıb.

Fransa, Liqa 1
15-ci tur
13 dekabr

Tuluza – Sent Etyen 2:1
Qollar: Babiçka, 55. Abuxlal, 85 – Stassin, 53.

14 dekabr

Olimpik (Marsel) – Lill 1:1
Qollar: Merlin, 17 – Diakite, 87.

Oser – Lans 2:2
Qollar: Perrin, 31. Oşo, 73 – Əl-Aynaui, 22. Nzola, 45.

Reyms – Monako 0:0

15 dekabr

Monpelye – Nitsa 2:2
Qollar: Şotar, 22. Sent-Lus, 80 – Labord, 17. Buanani, 28.

Brest – Nant 4:1
Qollar: Dumbiya, 24. Şardonne, 27. Sima, 88; 90+3 – Auqusto, 48.

Havr – Strasburq 0:3
Qollar: Diarra, 28. Nanasi, 32. A.Santos, 90.

Renn – Anje 2:0
Qollar: Qronbek, 33. Assinyon, 90+2.

PSJ – Olimpik (Lion) 3:1
Qollar: Dembele, 8. Vitinya, 14-pen. Q.Ramos, 88 – Mikautadze, 40.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: