Liqa 1: PSJ “Monako” ilə doğma meydanda bacarmadı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 4-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

“Nant” “Tuluza”nı, “Loryan” “Klermon”u, “Trua” “Anje”ni məğlub yola salıb. Səfərdə “Brest”lə qarşılaşan “Monpelye” 7 cavabsız qola sevinib.

Marsel “Olimpik”i səfərdə “Nitsa”nı 3 cavabsız qolla məğlub edib. Lion “Olimpik”i isə “Reyms”lə səfər oyununda xal itirib.

Turun mərkəzi oyunu lider PSJ ilə “Monako” arasında baş tutub. Paris təmsilçisi məğlubiyyətdən qaçdığı bu oyundan 1 xalla ayrılıb. Bu, Liqa 1 nəhənginin yeni mövsümdəki ilk xal itkisidir.

4 turdan sonra 10 xalı olan PSJ, Marsel “Olimpik”i və “Lans” zirvəyə şərikdirlər. Lion “Olimpik”i, “Loryan”, “Lill” və “Oser”in isə 7 xalı var.

Fransa, Liqa 1
4-cü tur
26 avqust

Ayaçço – Lill 1:3
Qol: Bayala, 84 – Y.Yazıcı, 17. C.Bamba, 43. Djalo, 67.

27 avqust

Oser – Strasburq 1:0
Qol: Perrin, 29.

Lans – Renn 2:1
Qol: Fofana, 66. Openda, 70 – Labord, 90+1.

28 avqust

Nant – Tuluza 3:1
Qol: Gessand, 50. M.Məhəmməd, 55. Simon, 61 – Abuxlal, 15.

Brest – Monpelye 0:7
Qol: Mauassa, 6. Vahi, 10; 31. Xazri, 11. Kotsa, 25. Jermen, 64; 84.

Loryan – Klermon 2:1
Qol: Moffi, 24; 41 – Çam, 62.

Nitsa – Olimpik (Marsel) 0:3
Qol: A.Sançes, 10; 42. Tavares, 37.

Trua – Anje 3:1
Qol: Ripar, 12. Balde, 61. Odober, 82 – Dioni, 67.

Reyms – Olimpik (Lion) 1:1
Qol: İto, 24 – Dembele, 86.

PSJ – Monako 1:1
Qol: Neymar, 70-pen – Folland, 20.

Xəbəri sosial şəbəkələrdə paylaş: