Liqa 1: PSJ “Nant”la doğma meydanda bacarmadı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Renn” doğma meydanda “Sent Etyen”ə 5 cavabsız qolla qalib gəlib. “Brest” də “Strasburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Lider PSJ isə doğma meydanda “Nant”la üz-üzə gəlib. Paris klubu bu oyunda erkən qol vurmasına baxmayaraq, qələbəni əldən verib və yekunda 1 xalla kifayətlənib.

13-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
13-cü tur
29 noyabr

Reyms – Lans 0:2
Qollar: Tomasson, 23. Nzola, 61.

30 noyabr

Renn – Sent Etyen 5:0
Qollar: Kalimuendo, 39-pen; 61; 67-pen. Blas, 45+6. Quiri, 53.

Brest – Strasburq 3:1
Qollar: Lala, 12-pen. Laqe, 45+1. Del Kastilyo, 90+2 – Uattara, 85.

PSJ – Nant 1:1
Qollar: Hakimi, 2 – Ablin, 38.

1 dekabr

18:00. Monpelye – Lill
20:00. Havr – Anje
20:00. Olimpik (Lion) – Nitsa
20:00. Tuluza – Oser
23:45. Olimpik (Marsel) – Monako

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: