Liqa 1: PSJ “Nitsa”nı məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Renn”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.

Lider PSJ isə “Nitsa”nı qəbul edib. Paris təmsilçisi doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

Turun qalan qarşılaşmaları 2 oktyabrda keçiriləcək.

Fransa, Liqa 1
9-cu tur
30 sentyabr

Anje – Olimpik (Marsel) 0:3
Qol: Klauss, 35. L.Suares, 50. Jerson, 59.

1 oktyabr

Strasburq – Renn 1:3
Qol: Diallo, 72-pen – Kalimuendo, 38. Terrye, 49. Quiri, 61.

PSJ – Nitsa 2:1
Qol: Messi, 29. Mbappe, 83 – Laborde, 47.

2 oktyabr

15:00. Loryan – Lill
17:00. Ayaçço – Klermon
17:00. Oser – Brest
17:00. Tuluza – Monpelye
17:00. Trua – Reyms
19:05. Monako – Nant
22:45. Lans – Olimpik (Lion)