Futbol üzrə Fransa çempionatında (Liqa 1) 19-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Reyms” – “Nitsa” matçında qapılara qol vurulmayıb. “Tuluza” – “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Lill” doğma meydanda “Trua”nı, “Monako” isə “Ayaçço”nu böyük hesabla məğlub edib. “Nant” da “Monpelye” ilə səfər oyununda darmadağına imza atıb. Üç qolun qeydə alındığı “Anje” – “Klermon” matçı qonaqların qələbəsiylə yekunlaşıb. Son çempion və lider PSJ isə “Renn”lə səfər oyununda məğlubiyyətə üzülüb.
Beləliklə, 19 turdan sonra PSJ 47 xalla vahid liderliyini qoruyur. “Lans” 44 xalla ikinci, Marsel “Olimpik”i 42 xalla üçüncüdür. “Monako” və “Renn” 37, “Lill” 34, “Loryan” 32, “Klermon” 28, Lion “Olimpik”i, “Nitsa” və “Reyms” komandaları da 25 xal əldə ediblər.
Fransa, Liqa 1
19-cu tur
14 yanvar
Lans – Oser 1:0
Qol: Frankovski, 59-pen.
Olimpik (Marsel) – Loryan 3:1
Qol: Kolaşinaç, 38. A.Sançes, 53. Veretu, 59 – Moffi, 29.
Olimpik (Lion) – Strasburq 1:2
Qol: Lakazett, 45+1-pen – Aholu, 29. Diallo, 32.
15 yanvar
Lill – Trua 5:1
Qol: Bayo, 16; 47. David, 45+1; 88. Vircinius, 75 – Balde, 65.
Anje – Klermon 1:2
Qol: Bufal, 80 – Raşani, 40. Borges, 47.
Monpelye – Nant 0:3
Qol: Jirotto, 45+12. M.Məhəmməd, 81. Blas, 84.
Reyms – Nitsa 0:0
Tuluza – Brest 1:1
Qol: Abuxlal, 65 – Munye, 18.
Monako – Ayaçço 7:1
Qol: Disasi, 2. Diatta, 6. Ben Yedder, 21; 28; 35-pen. Embolo, 63; 89 – Belaili, 11.
Renn – PSJ 1:0
Qol: Traore, 65.


