Futbol üzrə Fransa çempionatında (Liqa 1) 20-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.
“Klermon” – “Nant” matçında qapılara qol vurulmayıb. “Nitsa” “Lill”i, “Brest” “Anje”ni məğlub yola salıb. “Oser” evdə “Monpelye”yə, “Strasburq” isə “Tuluza”ya məğlub olub. Səfərdə “Ayaçço” ilə qarşılaşan Lion “Olimpik”i də turu qələbə ilə başa vurub. PSJ isə doğma meydanda “Reyms”lə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əlavə vaxtın son dəqiqələrində əldən verib.
Beləliklə, 20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 45 xalla ikinci, Marsel “Olimpik”i 43 xalla üçüncüdür. “Monako”nun 38, “Renn”in 37, “Loryan”ın 35, “Lill”in 34, “Klermon”un 29, Lion “Olimpik”inin 28 xalı var.
Fransa, Liqa 1
20-ci tur
27 yanvar
Loryan – Renn 2:1
Qol: Talbi, 13. Le Bris, 31 – Tait, 73.
28 yanvar
Trua – Lans 1:1
Qol: Larusi, 50 – Tomasson, 88.
Olimpik (Marsel) – Monako 1:1
Qol: A.Sançes, 47 – Veretu, 17-öz qapısına.
29 yanvar
Nitsa – Lill 1:0
Qol: Labord, 34.
Oser – Monpelye 0:2
Qol: Mavididi, 62; 80
Brest – Anje 4:0
Qol: Le Duaron, 14. Munye, 34. Honorat, 60. Melu, 84.
Klermon – Nant 0:0
Strasburq – Tuluza 1:2
Qol: Qameyro, 20 – Dallinqa, 25; 51.
Ayaçço – Olimpik (Lion) 0:2
Qol: Lepenant, 20. Lakazett, 71.
PSJ – Reyms 1:1
Qol: Neymar, 51 – Baloqun, 90+6.


