Futbol üzrə Fransa çempionatında (Liqa 1) 13-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə lider PSJ doğma meydanda “Trua” ilə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı matçda Paris təmsilçisi çətin qələbəyə sevinib.
Dörd qolun vurulduğu “Strasburq” – “Olimpik” (Marsel) oyununda isə qalib müəyyənləşməyib.
13-cü turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
13-cü tur
28 oktyabr
Lans – Tuluza 3:0
Qol: Openda, 60; 87; 90+3.
29 oktyabr
PSJ – Trua 4:3
Qol: Soler, 24. Messi, 55. Neymar, 62. Mbappe, 77-pen – Balde, 3; 52. Palaversa, 88.
Strasburq – Olimpik (Marsel) 2:2
Qol: Motiba, 76. Qameyro, 90+2 – Dienq, 8. Kabore, 35.
30 oktyabr
16:00. Oser – Ayaçço
18:00. Brest – Reyms
18:00. Monako – Anje
18:00. Nant – Klermon
18:00. Renn – Monpelye
20:05. Loryan – Nitsa
23:45. Olimpik (Lion) – Lill


