Liqa 1: PSJ və Marsel “Olimpik”indən inamı qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Marsel “Olimpik”i doğma meydanda “Brest”i iki cavabsız qolla üstələyib. Dörd qolun qeydə alındığı “PSJ – “Lans” matçı da son çempionun inamlı qələbəsiylə yekunlaşıb.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
3-cü tur
25 avqust

Nant – Monako 3:3
Qollar: M.Məhəmməd, 5-pen; 48. Kastelyetto, 15 – Minamino, 27. Ben Yedder, 58. Boadu, 85.

26 avqust

Olimpik (Marsel) – Brest 2:0
Qollar: Mbemba, 4. Sarr, 65.

PSJ – Lans 3:1
Qollar: M.Asensio, 45. Mbappe, 52; 90 – Gilavoqi, 90+4.

27 avqust

15:00. Renn – Havr
17:00. Klermon – Mets
17:00. Monpelye – Reyms
17:00. Strasburq – Tuluza
19:05. Loryan – Lill
22:45. Nitsa – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: