Liqa 1: PSJ-yə ilk məğlubiyyəti “Lans” yaşatdı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Monako” “Brest”i, “Nant” “Oser”i, “Tuluza” “Ayaçço”nu məğlub yola salıb. “Anje” evdə “Loryan”a, Lion “Olimpik”i isə “Klermon”a uduzub. PSJ isə “Lans”la səfər oyunundan məğlub ayrılıb. Bu, Paris təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

Turun qalan oyunları yanvarın 2-də keçiriləcək.

Fransa, Liqa 1
17-ci tur
1 yanvar

Anje – Loryan 1:2
Qol: Sima, 10 – Sima, 79-öz qapısına. Le Fi, 88.

Monako – Brest 1:0
Qol: Qolovin, 54.

Nant – Oser 1:0
Qol: Koko, 74.

Tuluza – Ayaçço 2:0
Qol: Ratao, 46. Dejaqer, 62.

Olimpik (Lion) – Klermon 0:1
Qol: Çam, 87.

Lans – PSJ 3:1
Qol: Frankovski, 5. Openda, 28. Klod-Maurisie, 48 – Ekitike, 8.

2 yanvar

18:00. Strasburq – Trua
20:00. Lill – Reyms
22:00. Monpelye – Olimpik (Marsel)
00:00. Renn – Nitsa

Xəbəri sosial şəbəkələrdə paylaş: