Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Nant” – “Nitsa” və “Tuluza” – “Anje” oyunlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “Oser” – “Reyms” matçında meydan sahibləri qələbə qazanıblar.
Səfərdə “Monpelye” ilə qarşılaşan Marsel “Olimpik”i 5 cavabsız qolla qalib gəlib.
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Lion “Olimpik”i də səfərdə “Havr”ı 4 cavabsız qolla üstələyib.
Beləliklə, 8 turdan sonra zirvədə qərarlaşmış PSJ və “Monako”nun 20 xalı var. Marsel “Olimpik”i 17 xalla 3-cüdür. “Lill”, “Lans” və “Reyms” 14, Lion “Olimpik”i 13 xal toplayıb.
Fransa, Liqa 1
8-ci tur
18 oktyabr
Monako – Lill 0:0
19 oktyabr
Brest – Renn 1:1
Qollar: Del Kastilyo, 54 – Jota, 86.
Sent Etyen – Lans 0:2
Qollar: Frankovski, 20. Laskari, 79.
PSJ – Strasburq 4:2
Qollar: Mayulu, 18. Asensio, 47. Barkola, 66. Li Kanq, 90 – Mara, 58. Dyonq, 90+1.
20 oktyabr
Havr – Olimpik (Lion) 0:4
Qollar: Abner, 32. Fofana, 57. Lakasette, 71. Benrahma, 87.
Oser – Reyms 2:1
Qollar: Diomande, 16. Traore, 52 – Nakamura, 90+5.
Nant – Nitsa 1:1
Qollar: Ablin, 67 – Gessan, 72.
Tuluza – Anje 1:1
Qollar: Kinq, 64- Nyane, 5.
Monpelye – Olimpik (Marsel) 0:5
Qollar: Vahi, 1. Harit, 36. Hoybyerq, 40. Qrinvud, 58. Luis Enrike, 73.


