Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Monako” doğma meydanda “Anje” ilə qarşılaşıb. Knyazlıq təmsilçisi bu oyundan xalsız ayrılıb.
Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i isə “Lill” ilə qarşılaşdığı səfər oyununda məğlubiyyətdən son anda qurtulub.
9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
10-cu tur
1 noyabr
Monako – Anje 0:1
Qol: Aholu, 29.
Lill – Olimpik (Lion) 1:1
Qollar: David, 17 – M.Fofana, 90+1.
2 noyabr
20:00. PSJ – Lans
22:00. Brest – Nitsa
00:00. Sent Etyen – Strasburq
3 noyabr
18:00. Tuluza – Reyms
20:00. Oser – Renn
20:00. Havr – Monpelye
23:45. Nant – Olimpik (Marsel)


