Liqa 1: “Tuluza”dan “Sent Etyen” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Tuluza” doğma meydanda “Sent Etyen”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

15-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
15-ci tur
13 dekabr

Tuluza – Sent Etyen 2:1
Qollar: Babiçka, 55. Abuxlal, 85 – Stassin, 53.

14 dekabr

20:00. Olimpik (Marsel) – Lill
22:00. Oser – Lans
00:00. Reyms – Monako

15 dekabr

18:00. Monpelye – Nitsa
20:00. Brest – Nant
20:00. Havr – Strasburq
20:00. Renn – Anje
23:45. PSJ – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: