Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün startı üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, Litva yığması sentyabr-oktyabr aylarını əhatə edən milli komandalar fasiləsində 4 oyun keçirəcək.
Litvalılar sentyabrın 24-də səfərdə Lixtenşteynlə, sentyabrın 27-də isə evdə Azərbaycan millisi ilə qarşılaşacaqlar. Sentyabrın 30-da Litva millisi doğma meydanda Andorra ilə yoxlama oyununda üz-üzə gələcək. Komanda milli fasiləni oktyabrın 4-də səfərdə Azərbaycanla keçirəcəyi görüşlə başa vuracaq.
Yankauskasın dəvət etdiyi heyətdə İtaliyanın “Kremoneze” klubunda çıxış edən Adrian Lickunas ilk dəfə yer alıb. Bundan başqa, Vikintas Slivka, Artur Doljnikov, Faustas Steponaviçyus və Manfredas Ruzqis müəyyən fasilədən sonra milliyə qaytarılıblar.
Litva millisinin qarşıdakı oyunlar üçün açıqlanmış heyətində bu futbolçular yer alıblar:
Qapıçılar: Djuqas Bartkus (“Əl-Riffa”, Bəhreyn), Edvinas Gertmonas (“Servett”, İsveçrə), Tomas Şvedkauskas (“Kauno Jalgiris”);
Müdafiəçilər: Vilius Armalas (MTK Budapeşt, Macarıstan), Jiqmantas Baltrunas (“Sudova”), Dominikas Barauskas (“TransİNVEST”), Kipras Kazukolovas (“Astana”, Qazaxıstan), Yustas Lasickas (“Riyeka”, Xorvatiya), Rokas Lekiatas (“Kauno Jalgiris”), Adrian Lickunas (“Kremoneze”, İtaliya), Piyus Şirvis (“Çelye”, Sloveniya), Artemiyus Tutişkinas (“Çelye”, Sloveniya), Edqaras Utkus (“Əl-Xolud”, Səudiyyə Ərəbistanı);
Yarımmüdafiəçilər: Motveyus Burba (“Kauno Jalgiris”), Artur Doljnikov (“Slovatsko”, Çexiya), Qvidas Qineitis (“Torino”, İtaliya), Eliyus Yankauskas (“Hapoel Rişon LeZion”, İsrail), Vaydas Maqduşauskas (“Banqa”), Lukas Miçelbrink (“Energi Kotbus”, Almaniya), Vikintas Slivka (“Kauno Jalgiris”), Faustas Steponaviçyus (“Sudova”), Domantas Şluta (“TransİNVEST”), Modestas Vorobyovas (“Saxnin”, İsrail).
Hücumçular: Armandas Kuçis (“Çelye”, Sloveniya), Manfredas Ruzqis (“Besa”, Albaniya), İqnas Venckus (“Banqa”).


