Lorentso Lukka “Udineze”də qaldı

2023/2024 mövsümündə icarə əsasında “Udineze”də çıxış etmiş Lorentso Lukka növbəti mövsümdə də bu klubun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, “Udineze” 23 yaşlı italiyalı futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Bunun üçün Lukkanın müqavilə ilə məxsus olduğu “Piza” klubuna 8 milyon avro ödənilib.

Lukka “Udineze” ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atıb.

Xatırladaq ki, Lorentso Lukka “Torino”nun yetirməsidir. O, “Viçentsa”, “Palermo”, “Ayaks” kimi klubların da formasını geyinib. 2021-ci ildən “Piza”da çıxış edən hücumçu ötən mövsüm “Udineze”nin heyətində 39 oyuna çıxıb, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliyanın U-21 yığmasında da oynamış Lukka, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: