Futbol üzrə Xorvatiya millisinin və Fransanın “Renn” klubunun mərkəz yarımmüdafiəçisi Lovro Mayer “Volfsburq”a keçib.
Arena.az xəbər verir ki, Almaniya klubu 25 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.
Bundesliqa təmsilçisi bu keçidə görə Fransa klubuna 30 milyon avro ödəyib. Xorvat yarımmüdafiəçi “Volfsburq”la 5 illik (2028-ci ilin 30 iyununa) kimi müqavilə bağlayıb.
Lovro Mayer “Volfsburq”a 2021-ci ilin avqust ayında Zaqreb “Dinamo”sundan 12 milyon avro qarşılığında keçmişdi. O, Liqa 1 təmsilçisində 79 oyuna çıxıb, 9 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Mayer daha öncə ölkəsində Zaqreb “Dinamo”su ilə yanaşı, paytaxtın digər təmsilçisi “Lokomotiva”da da oynayıb.
Mayer 2017-ci ildə debüt etdiyi Xorvatiya yığmasında da 21 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 4 qola imza atıb.